“Böyük Britaniya minalarla mübarizə sahəsində Azərbaycanla əməkdaşlıqda liderlik etməyə davam edir”. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfirliyi “Twitter” hesabında paylaşımında bildirib. “Minalar heç bir fərq qoymadan həyatları təhlükə altına alır və müharibələr bitdikdən çox sonra da insanların evlərinə qayıtmasına mane olur. Böyük Britaniya və tərəfdaşlarımız geri qaytarılmış əraziləri yaşamaq üçün təhlükəsiz hala gətirməyə davam edəcək”, – […]
Abşeron rayonunda restoranda yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, rayonun Masazır qəsəbəsində ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli restoranın mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 20 kvadratmetr sahədə yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xeberal.az
“Qaziantepdəki zəlzələdən zərər çəkən sakinlər və onlara yardım edən dəstələr üçün çadır şəhərcikləri qurulur”. Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Türkiyə XİN başçısı bildirib ki, hazırda 30 min ailə müvəqqəti sığınacaq vasitəsi kimi çadır şəhərciklərinə yerləşdirilib. “İndi ən çox çadıra ehtiyacımız var”, – türkiyəli diplomat bildirib. Mövlud Çavuşoğlu həmçinin əlavə edib ki, əhalinin […]