Bakıda 78 yaşlı kişi metroda dünyasını dəyişib.
XəbərAl.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, bu gün saat 16:25 radələrində metronun “28 May” stansiyasının platformasında Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Nazim Əhmədov qəfildən vəfat edib.
Hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb. Hazırda prokurorluq əməkdaşlarının və müvafiq qurumların mütəxəssisləri hadisə yerinə hələ gəlmədiyi üçün meyit platformadan götürülməyib