Mark Kukurelya tezliklə Premyer Liqada çıxış edəcək.
Bunu jurnalist Fabrisio Romano bildirib.
Onun sözlərinə görə, futbolçunun transferi barədə “Çelsi” ilə “Brayton” arasında razılıq əldə edilib.
Transferin şərtləri Kukurelya ilə də razılaşdırılıb.
Futbolçuya görə “zadəganlar” 50 milyon funt sterlinq ödəyəcək. Bununla yanaşı, Levi Kolvill də tezliklə “Brayton”a təhvil veriləcək.
Xeberal.az