İdman

Ançelotti: “Barselona” fantastik komanda qurur”

Sharing is caring!

Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti “Barselona”nın bu yay daha da gücləndiyini etiraf edib.

“Düşünürəm ki, “Barselona” fantastik komanda yaradır. Amma məni yalnız “Real” maraqlandırır. Mən öz komandama diqqət etməliyəm, başqalarına yox”, – deyə o, bildirib.

İtaliyalı futbol mütəxəssisi bu il La Liqadakı yarışın daha maraqlı olacağını da qeyd edib.

“Futbolda məni heç nə təəccübləndirmir. “Barsa” həmişə hörmət edilməli olan komandadır. Bu il sona qədər mübarizə aparacaq bir rəqibimiz olacaq”, – deyə Ançelotti əlavə edib.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir