İdman

Maqnus Karlsen şahmat üzrə dünya çempionu titulu uğrunda oynamaqdan imtina edib

Sharing is caring!

Şahmat üzrə hazırkı dünya çempionu norveçli Maqnus Karlsen rusiyalı Yan Nepomnyaşşi ilə görüşdə titulunu qorumaqdan imtina edib.

“Daha bir oyun oynamaq üçün motivasiyam yoxdur. Sadəcə hiss edirəm ki, artıq bundan çox şey əldə etməyəcəm, bu, mənim elə də xoşuma gəlmir. Qarşılaşmanın tarixi səbəblərə görə maraqlı olacağına əmin olsam da, heç bir halda oynamaq istəyim yoxdur, ona görə də oynamayacağam”, – deyə Karlsen “Unibet Norway”ə müsahibəsində qeyd edib.

Norveçlinin sözlərinə görə, o, bu barədə qərarı iyulun 3-də Nepomnyaşşinin erkən qələbə qazandığı Namizədlər Turniri zamanı verib. Şahmatçı bununla bağlı Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəhbəri Arkadi Dvorkoviçə və baş direktor Emil Sutovskiyə məlumat verib.

“Mənim bu görüşlə bağlı heç bir tələbim və ya təklifim olmayıb. Onların bir neçə təklifi var idi, amma nəticə ondan ibarət idi ki, mən onlara növbəti dünya birinciliyi matçında titulumu müdafiə etməyəcəyimi söyləmək üçün orada idim və biz kiçik bir müzakirə apardıq. Onların təkliflərinin bəzilərini bəyəndim, bəzilərini bəyənmədim”, – deyə Karlsen bildirib.

Onun imtinasından sonra Nepomnyaşşinin rəqibi namizədlər turnirində ikinci yeri tutmuş çinli qrossmeyster Dinq Liren ola bilər.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir