Siyasət

Səfir: “Türkiyə-Azərbaycan əlaqələri digər ölkələr üçün örnəkdir”

Sharing is caring!

“Türkiyə və Azərbaycan əlaqələrini hər sahədə inkişaf etdirir. Azərbaycan qazı Qərbə Türkiyə üzərindən verilir”.

“Report”un xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Xarici İşlər Nazirliyi ilə ADA universitetinin birgə həyata keçirdiyi “Müharibədən sonrakı dövrdə Azərbaycanın sülh və yaradıcılıq təşəbbüsləri” mövzusunda “Diplomatiya həftəsi” çərçivəsində “Şuşa Bəyannaməsindən sonra Türkiyə-Azərbaycan müttəfiqlik münasibətləri, yeni regional reallıqlar və Qarabağın yenidən qurulması və inkişafında Türkiyənin rolu” haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan əlaqələri digər ölkələr üçün də örnəkdir:

“Bizim ikimizin də təmsil olunduğumuz üçlü platformalar da var”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir