Dünya

Fransa sərhədlərində sanitar buraxılış üsulu tətbiq etməyə hazırlaşır

Sharing is caring!

Fransanın Baş naziri Elizabet Born ölkədə koronavirusla bağlı yaranmış vəziyyətlə əlaqədar sərhədlərdə sanitar buraxılış üsulunun tətbiqinə icazə verən qanun layihəsi təklif edib.

Təklifə 11 iyulda ölkə parlamentində baxılacaq.

“Bu, ölkəmizdə COVID-19 epidemiyasının davam etməsinin qarşısının alınması ilə bağlı bəzi zəruri təlimatları genişləndirmək imkanı verəcək”, – deyə çərşənbə axşamı hökumət sözçüsü və keçmiş səhiyyə naziri Olivye Veran bildirib.

O qeyd edib ki, qanun layihəsində koronavirus epidemiyası ilə mübarizə üçün başqa tədbirlər nəzərdə tutulmayıb.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir