ATV-nin keçmiş prezidenti, Əməkdar jurnalist Vüqar Qaradağlının qızı Gültəkinin nişanı olub.
Axşam.az xəbər verir ki, nişan mərasimi bir neçə gün əvvəl ABŞ-da baş tutub. Gəlin nişanda bəy üçün mahnı da səsləndirib.
Qeyd edək ki, Gültəkin Qaradağlı ABŞ-ın Fordhem Universitetində təhsil alır və Amerikada yaşayır. Bir zamanlar o, “Youtube”da mahnıları “cover” edərək ifa etməsi ilə məşhurlaşmışdı.
Xeberal.az