Sabirabadda avtomobil dəmir betona çırpılıb.
“Report” xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil anidən idarəetmədən çıxıb və yolun kənarındakı dəmir betona çırpılıb.
Qəza nəticəsində rayonun Məmişlər kənd sakinləri, 1954-cü il təvəllüdlü Həziyev Vilayət Mirzağa oğlu və Teymurov Mahir Tahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Xeberal.az