Türkiyənin Manisa vilayətində ağır yol qəzası baş verib.
Yük maşını ilə avtobusun toqquşmas nəticəsində bir nəfər ölüb, 29 nəfər yaralanıb.
Zərbənin təsiri ilə yük avtomobilindəki metal profillər avtobusun salonuna daxil olub.
Avtobusun yerli fabrik əməkdaşlarını daşıyan xidməti nəqliyyat vasitəsi olduğu bildirilib.
Hazırda hadisənin səbəbləri araşdırılır.
Mənbə: “Anadolu”
Xeberal.az