İtaliyanın Turin şəhərində yerləşən “Pala Alpitur” arenasında “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.
Birinci yarımfinalda aşağıdakı 17 ölkənin təmsilçisi çıxış edəcək: Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistan.
Azərbaycanı “Fade to back” mahnısı ilə təmsil edən müğənni Nadir Rüstəmli ikinci yarımfinalda çıxış edəcək.
Xeberal.az