Dünya

“Azov” alayı: “Rusiya təxliyə zamanı atəşkəs rejimini pozur”

Sharing is caring!

Ukraynada “Azovstal” metallurgiya zavodunun ərazisində Rusiya işğalçıları avtomobili atəşə tutublar. Nəticədə bir əsgər həlak olub, daha altı əsgər yaralanıb.

Onlar bunu atəşkəs dövründə ediblər. Bu barədə “Azov” alayından məlumat verilib.

“Atəşkəs zamanı “Azovstal” zavodunun ərazisində ruslar tank əleyhinə sistemlərdən istifadə edərək avtomobili sıradan çıxarıblar. Bu avtomobil mülki şəxsləri zavoddan çıxarmaq üçün onlara doğru hərəkət edirdi. Atışma nəticəsində bir əsgər həlak olub, altısı yaralanıb. Düşmən bütün razılaşmanı pozmaqda davam edir və mülki əhalinin təxliyəsi zamanı təhlükəsizlik təminatlarına əməl etmir”, – deyə məlumatda bildirilir.

Mənbə: Obozrevatel

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir