Astaranın dağ kəndlərinə gedən yolda sürüşmə aktivləşib. Belə davam edərsə, yol tamamilə yararsız hala düşəcək və təhlükəli vəziyyət yaranacaq.
Söhbət Təxtənəkəran – Toradi yolundan gedir.
Ölkə başçısının sərəncamı ilə 2017-ci ildə tikilərək istifadəyə verilən asfalt yolda zaman keçdikcə iri çalalar və çökmələr əmələ gəlib.
Kənd sakinləri bildirib ki, yolların bərbad vəziyyətdə olması onların gediş-gəlişində problem yaradır.
Daha ətraflı Baku TV-nin süjetində:
Xeberal.az