Dünya

İranda siyasi məhbusun xəstəxanaya getməsinə icazə verilmir – FOTO

Sharing is caring!

“Zindana Yox, Edama Yox” adlı İnsan Haqları Təşkilatı bu gün yaydıqları bəyanatda bildiriblər ki, hazırda Əhvaz zindanında saxlanılan siyasi məhbus Mehran Qarabağinin ürək xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, zindanın müdiriyyəti onun peşəkar həkimə getməsinə icazə vermir.

Qarabağinin vəziyyəti ilə bağlı yayılan hesabata görə, onun 40 saniyədən artıq zəng edərək danışmasına icazə verilmir və kamerada ciddi nəzarət altında saxlanılır.

Mehranın zindandakı vəziyyətindən xəbərdar olan mənbənin sözlərinə görə, o, ürək xəstəliyindən əziyyət çəkir və şiddətli ağrıdan gecələr yata bilmir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir