Abşeron rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində oxuyan şagirdlər arasında “Qarabağ zəfəri – Heydər Əliyev dühasının təntənəsidir” mövzusunda keçiriən inşa-yazı müsabiqəsinin növbəti dinləmələri baş tutub. Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon Təhsil Şöbəsinin və Abşeron rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn müsabiqə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilib.Vətən Müharibəsində xalqımızın qazandığı zəfərinin və Ulu Öndər Heydər Əliyevin bu qələbədə zəngin siyasi irsinin rolunun təbliği məqsədi daşıyan inşa yarışında IX, X, XI siniflərin şagirləri iştirtak edir. Üç mövzuda (“Qarabağın zəngin təbii sərvətləri”, “Qarabağın zəngin tarixi – mədəni sərvətləri”, “Şuşa – Qarabağın incisidir”) reallaşan müsabiqəyə bütün məktəblərə hər 3 istiqamət üzrə hazırlanan yazıları təqdim etmək imkanı yaradılıb.Bu gün Heydər Əliyev Mərkəzində “Qarabağın zəngin tarixi – mədəni sərvətləri” movzusunda yazılan inşa-yazıların münsiflər heyəti tərəfindən dinlənilməsi həyata keçirilib. Dinləmələrdə Abşeron rayon İcra Hakimiyyətinin ictimai, siyasi, humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova, rayon Təhsil Şöbəsinin metodistləri, əməkdar müəllimlər, İctimai Şuranın və Heydər Əliyev Mərkəzinin rəhbərliyi və jurnalistlərdən ibarət münsiflər heyəti iştirak edib.Qeyd edək ki, hər üç movzuda dinləmələr başa çatdırdan sonra qaliblər müəyyənləşəcək. Sonda hər istiqamət üzrə I yerə layiq görülən qaliblərə qiymətli hədiyyələr və Fəxri Fərmanlar, digər bütün iştirakçılara isə “Təşəkkürnamələr” təqdim ediləcək.
Oxşar Xəbərlər
Tramp: “Mən prezident olsaydım, bu dəhşətli hadisələr baş verməzdi”
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Ağ Evin sahibi olaraq qalsaydı, Ukrayna ətrafında vəziyyətin hazırkı inkişafına, eləcə də inflyasiyanın sürətlə artmasına imkan verməzdi. “Mən bilirəm ki, hazırda ölkəmiz üçün işlər heç də yaxşı getmir: Avropada nəzarətdən çıxan müharibə, ən yüksək səviyyədə inflyasiya, birja üçün ən pis altı ay və indiyə qədərki ən yüksək enerji […]
Ceyhun Bayramov Blinkenin köməkçisi ilə telefonla danışıb
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında 14 sentyabr 2022-ci il tarixində növbəti telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində davam edən gərginlik barədə məlumat verib […]
Stiv Cobsun memuarları ölümündən 11 il sonra nəşr olunacaq – FOTO
Stiv Cobsun fikir və mülahizələrindən ibarət “Make Something Wonderful: Steve Jobs in his own words” kitabı aprelin 11-dən etibarən onlayn olaraq pulsuz satılacaq. Kitab mərhum iş adamının ailə üzvləri, dostları və həmkarları tərəfindən tərtib edilib. Buraya qeydlər, qaralamalar, məktub və çıxışlardan parçalar, müsahibələr, fotoşəkillər və xatirələr daxildir. Kitab Stiv Cobsun Arxivi tərəfindən nəşr olunacaq. Kitabın […]