Əməkdar artist Ədalət Şükürov efirdə problemlərindən danışan sənət adamlarını tənqid edib.
Xəbəral.az Axşam.az – a istinadən xəbər verir ki, müğənni bu haqda “Günün sədası” proqramında deyib.
“Biz artistik, olmaz çıxıb səhnədə öz problemlərimizi göstərək. Bizim buna ixtiyarımız yoxdur. Biz çıxırıq gülər üzlə verilişdə çıxış edirik. Sonra gedib problemləri həll edirik. Bizim problemlərin heç kimə dəxlisi yoxdur. Heç kimə də maraqlı deyil bizim nə problemimiz var” deyə, Şükürov bildirib.
Xəbəral.az