Milli Məclisin deputatı Tahir Mirkişili avropalıların arxaik siyasətin daşıyıcıları olan kollektiv təşkilatlardan, məsuliyyətsiz siyasətçilərdən bezdiyini deyib. Deputat “Report”a açıqlamasında bildirib ki, Almaniyada, Fransada fermerlərin, dəmiryolçuların tətil, etiraz edərək Brüsselə yürüş etməyə hazırlaşdığı bir vaxtda, bu ölkələrin deputatlarının Qarabağdan köçən ermənilərin taleyinə ermənilərdən çox acıması səmimi və inandırıcı deyil: “Etiraf etməsələr də, tutalım ki, biz azərbaycanlı, […]
Avstriyanın Qrats şəhərində keçiriləcək basketbolun 3×3 növü üzrə Avropa Kubokunda Azərbaycanın kişi millisinin rəqibləri bəlli olub. Oxu.Az-ın xəbərinə görə, millimizin 11 rəqibi var. Bunlar Avstriya (meydan sahibləri), Serbiya (son çempionlar), Litva, Latviya, Belçika, Niderland (reytinqlə vəsiqə qazanıblar), İsrail, Sloveniya (hər ikisi İsrailin paytaxtı Təl-Əvivdə keçirilmiş seçmə mərhələdən vəsiqə qazanıb), Macarıstan, Monteneqro və Polşadır (hər üçü […]
Şuşada Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının yaradılması haqqında müqavilə imzalanıb. “Report” xəbər verir ki, bu gün Azərbaycanın mədəniyyət paytaxtında türk dövlətlərinin həmkarlar ittifaqlarının birgə yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası, Türkiyənin İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyası (TÜRK-İŞ), Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının rəhbərləri və nümayəndələri iştirak […]