Bakıda gənc oğlan bıçaqlanıb. “Report”un məlumatına görə, Nizami rayonunda mübahisə zəminində 2006-cı il təvəllüdlü İdrisov Şamil Novruz oğlu bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub. Ş. İdrisovun dediyinə görə onu tanımadığı şəxs bıçaqlayıb. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az
Ukraynalı məşhur estrada müğənnisi Svetlana Lobodanın Bakıda konserti ləğv edilib. Lent.az xəbər verir ki, bu barədə iticket.az saytı məlumat yayıb. Müğənninin konserti mayın 9-da baş tutmalı idi. Bildirilib ki, ukraynalı müğənninin Bakı Konqres Mərkəzində baş tutmalı olan musiqili şousuna bilet alan tamaşaçılar aldıqları biletləri geri qaytara bilərlər. Qeyd edək ki, Svetlana Loboda instaqram səhifəsində Bakı konsertinin ləğvinin […]
Özbəkistanda jurnalistlər və bloggerlər də koronavirusa qarşı pulsuz peyvənd ediləcəklər. XəbərAl.az xəbər verir ki, bunu Koronavirusla Mübarizə üzrə Respublika Qərargahının üzvü Nurmat Atabekov Daşkənddə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, jurnalist və bloggerlərlə yanaşı, ictimai nəqliyyatda çalışanlar (metro, dəmir yolu, hava limanları), xaricdə təhsil alan tələbələr və əmək miqrantları da peyvənd ediləcək birincilər sırasında […]