İstanbulun Tuzla rayonunun Yayla məhəlləsində yerli vaxtla saat 17.00 radələrində yük maşını yol ayrıcında xalq avtobusuna çırpılıb və avtobusu yol boyu bir qədər sürüyüb.
APA-nın məlumatına görə, zərbənin təsirindən yoldan çıxan avtobus dayanacaqda duran başqa bir avtobusa çırpılıb və zəncirvari qəza meydana gəlib.
Faciəli qəzada 10 nəfər yaralanıb. Faktla bağlı araşdırmaya başlanılıb.