Kriminal

Bakı Baş Gömrük İdarəsinin şöbə rəisi kabinetində həbs olundu

Sharing is caring!

Bakı Baş Gömrük İdarəsinin daha bir vəzifəli şəxsi həbs olunub.

XəbərAl.az xəbər verir ki, təqribən 1 saat öncə  Korrupsiya qarşı Mübarizə Baş İdarəsi və DGK-nın Əməliyyat İstintaq baş İdarəsinin əməkdaşları Bakı Baş Gömrük İdarəsinin Xüsusi prosedurlar şöbəsinin rəisi Aydın Eylazovu həbs ediblər.

Qeyd edək ki, dünən də Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirmişdilər. Əməliyyat nəticəsində idarənin bəzi vəzifəli şəxsləri rüşvət alarkən saxlanılmışdılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir