Bakının Nəsimi rayonunun 1 küçəsində 2 gün su olmayacaq.
“Azərsu” ASC-dən XəbərAl.az-a verilən məlumata görə, Mirəli Qaşqay küçəsində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar 7 və 8 iyun tarixlərində Nəsimi rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.