Oxşar Xəbərlər
Qəzada qolunu itirən bloqer “Nikosayağı”nın atası: “Biz məlumatı sonradan öyrəndik”
Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi qorxunc yol-nəqliyyat hadisəsi ilə bağlı atası məlumat verib. Bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov Oxu.Az-a açıqlamasında oğlunun hazırda reanimasiyada olduğunu bildirib: “Nicatın qolu amputasiya olunub. Hələ ki reanimasiyadadır. Hadisədən biz sonradan xəbər tutduq. O, dostu ilə şəhərə gedirmiş, TIR-ın altına giriblər. Mərdəkan tərəfdən gəlirmişlər. Maşında […]
Azərbaycanlı döyüşçü dünya çempionu olub – FOTO
Bolqarıstanda keçirilən yeniyetmələr arasında Dünya Şotokan Çemionatını 63 və 70 kiloqram çəki dərəcələrində Azərbaycan təmsilçisi Rafael Zeynalov qazanıb. Oxu.Az xəbər verir ki, turnir çərçivəsində o, altı döyüş keçirərək bütün rəqiblərindən üstün olub. Qeyd edək ki, Rafael həm də Avropa çempionudur. Onun məşqçisi Rafael Atamov eyni zamanda karate üzrə Azərbaycan millisinin məşqçisidir. Xeberal.az
Qubada 15 yaşlı qız dəm qazından boğularaq ölüb
Qubada 15 yaşlı qız dəm qazından boğularaq ölüb. APA xəbər verir ki, Birinci Nügədi kənd sakini, 2008-ci il təvəllüdlü Gülbacı Əsgərova yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az