İdman

Dünya çempionumuz daha bir uğura imza atdı

Sharing is caring!

XəbərAl.az xəbər verir ki, İdmançımız Dünya və Avropa çempionumuz Orxan Kərimov çempionatda növbəti uğuru ilə ölkəmizi layiqincə təmsil edib. Belə ki idmançımız özündən həm çəki həm boyca üstün ukraniyalı idmançı Yuriy Qliba ilə döyüşüb və qalib gəlib. Bayrağımızı növbəti dəfə qürurla dalğalandıran idmançımız rinqə candı şəhid mahnısı sədaları ilə çıxmış və çıxışında qalibiyyətini Qarabağda şəhid olmuş qardaşlarımıza həsr etdiyini bildirmişdir. Qeyd edək ki Orxan Kərimov özü də ikinci vətən müharibəsinin iştirakçısı olmuş və Kəlbəcərdə Şuşada Suqovuşanda layiqincə xidmət etmişdir.
İdmançımıza bu qürurverici addımlarından dolayı təşəkkür edir və uğurlar arzulayırıq. Bu vətən sizin kimi oğullarla fəxr edir. Yolunuz daim açıq olsun.

Nuranə Abdullayeva

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir