Rusiyanın Kamçatka yarımadasında Avrasiyanın ən böyük vulkanı sayılan “Kluçevskaya Sopka”nın püskürməsi görüntüləri yayılıb.
“Arqumentı i Faktı” nəşrinin yaydığı görüntülər kvadrokopterlər vasitəsilə qeydə alınıb.
Kadrların köməkliyi ilə 9 metr eni olan qaynar lava axınının Erman buzlağının altına toplanması müəyyən olunub.
Vulkan püskürməsi nəticəsində xəsarət alan olmayıb.