Bölgə

Zəfər Parkı belə olacaq – Fotolar

Sharing is caring!

Vətən müharibəsində şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Astara şəhərində Zəfər parkı inşa edilir.

XəbərAl.az xəbər verir ki, Astara şəhərinin Heydər Əliyev prospektində inşa edilən parkın ərazisi 1400 kvadratmetrdir.

Artıq parkda əsas abidənin tikintisi, ərazinin hasara alınması və hörgü işləri başa çatdırılıb, hazırda suvaq işləri görülür. Ondan sonra üzlük və tamet daşlarının döşənməsinə başlanılacaq.

Abidənin mərkəzində Vətən müharibəsinin qalibi – Azərbaycan əsgərinin abidəsi ucaldılacaq.

Parkın ərazisində həmişəyaşıl bəzək kolları və güllər də əkiləcək.

Zəfər parkında tikinti işlərinin aprel ayında başa çatdırılması nəzərdə tutulub. 

Zəfər Parkı belə olacaq -  Fotolar
Zəfər Parkı belə olacaq -  Fotolar
Zəfər Parkı belə olacaq -  Fotolar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir