Gündəm

Təsadüfdən zərurət doğar…

Sharing is caring!

Gözləmədiyim zəng…
Salam … Xanım Sizi Suraxanı Rayon İcra Hakimiyyətindən narahat edirik.
Qazi Mirrəhim Əhmədov evdədirmi?
Bəli evdədir dedim, buyurun nə lazımdır?
Suraxanı RİHB-sı Əziz Əzizov qazimizlə görüşmək üçün sizə gəlmək istəyir.
Mən çaşqın olsam belə ,buyursun gəlsin dedim.
Beləcə zəngdən 30 dəqiqə keçmiş, Əziz müəllim RİH-nin əməkdaşları ilə yaşadığımız ünvana gəldilər.
Təsadüfdən zərurət doğar ! Səhər saatlarında məhz sosial mediada ən diqqətli və məsuliyyətli İcra başçısı haqqında fikirlərimi yazmışdım.
Bir neçə ay bundan öncə, şəxsi profilimdə sorgu ünvanlamışdım. Hansı rayonlar üzrə şəhid və qazi ailələrinə icra başçıları diqqət və qayğıyla yanaşır?…
Və müxtəlif rəylər və fikirlər yazılmışdı. Sevindirici haldır ki, ən çox yüksək fikirlər məhz yaşadığım rayonun icra başçısı Əzizi Əzizov haqqında yazılmışdı.
Bu gün onunla olan söhbətim əsnasında bir daha əmin oldum ki, Əziz müəllim hər bir şəhidi öz övladı bilərək ,o acını ürəyində daşıyır.
Şəhid ailəsinin ağrısını qəlbində hiss edir.
İnsanla həmsöhbət olarkən ,onun danışdığı sözlərlə yaşadığı hissləri görmək olur.
O, qələbəmizdən qürurla danışdığı kimi qələbəmizin səbəbkarları olan şəhidlərimizə bir ömür borclu olduğunu da vurğuladı.
Onun rəhbəri olduğu icra strukturunda, hər bir əməkdaşı üçün belə bir Başçı örnəkdir! Gənclərdən ibarət olan komandasının hər bir üzvü vətənpərvərdir.
Təsadüfü deyil ki, bu rayonun hər bir qürumunda işləyənlər ,Əziz müəllimi özünə böyük və ağsaqqal bilir. Beləki 44 günlük Vətən müharibəsinin qələbəsindən sonra ilk qaziylə maraqlanan Əmircan bələdiyyəsinin sədri Cəmilə Ağayeva olmuşdu və o ,bildirmişdi ki, rayonumuza gələn şəhidlərlə bağlı İcra Başçısının işləri çoxdur. Amma inanıram ki, Başçımız Şəhidlərimizin 40 mərasimlərindən sonra mütləq Qazilərimizi ziyarət edəcək.Bu günkü gün , məhz Cəmilə xanımın Mirrəhimi ziyarət edərkən, dediyi cümlənin nidası oldu.
Mən bir daha əmin oldum ki, Rayon İcra Başçısı hər bir qürumla mehriban səmimi işgüzar komanda olaraq çalışır.
Bu komandanın üzvlərindən bəzilərini oxucularımla tanış etmək istəyirəm.
Murad Ağayev- Suraxanı RİHB-nın köməkçisi
Mehman Hüseynov- RİH-nin Təsərrüfat şöbəsinin müdiri.
Eldəniz Əliyev-Sosial İqtisadi Şöbənin müdiri.
Elmar Abbasov- Təsərrüfat şöbəsinin böyük məsləhətçisi, memar.
Cəmilə Ağayeva- Əmircan Bələdiyyəsinin Sədri
Əlixan Əliyev- Əmircan Qəsəbə İcra Nümayəndəsi.
Ülkər xanım – Qəsəbə İcra Nümayəndəsinin əməkdaşı.

Almaz İlahə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir