İstanbulun Sarıyer məhəlləsindəki Cendere küçəsinin adı Azərbaycan küçəsi olarak dəyişdirilib. XəbərAl.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Məlumata görə, küçənin yeni adınının əks olunduğu tablonun açılış mərasimində Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva da istirak edib.
Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubuna uduzaraq mübarizəni dayandıran “Qarabağ”ın futbolçuları gələcəyə ümidlə yanaşırlar. Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Qara Qarayev “Instagram” hesabında sözügedən görüşdən sonrakı videonu paylaşaraq davam edəcəklərini yazıb: “Heç nə bitmir, davam edəcəyik”. Komandanın müdafiəçisi Bəhlul Mustafazadə isə daha güclü geri dönəcəklərini düşünür. O, “Instagram” hesabının hekayə bölümündə komandanın fotosunu paylaşaraq […]
İspaniya millisinin sabiq futbolçusu David Silva karyerasını başa vurub. “Real Sosyedad”da forma geyinən 37 yaşlı yarımmüdafiəçi bir müddət əvvəl aldığı ağır zədə səbəbindən bu qərarı verib. İspaniyanın “Valensiya” klubunun yetirməsi olan D.Silva 2020-ci ildə “Real Sosyedad”a keçməzdən öncə ölkəsində “Eybar”, “Selta” və İngiltərədə “Mançester Siti”nin formasını geyinib. “Şəhərlilər”in əfsanələrindən hesab olunan futbolçu 10 il ərzində […]