“İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi” təsdiq edilib. Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Qeyd edək ki, sənəd 2021-ci il martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 14-cü Zirvə Toplantısı zamanı imzalanıb. Xeberal.az
Polşa səfiri Kşiştof Krayevski çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirlikdən verilən məlumata görə, mayın 9-da Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevə hücumla bağlı Moskvanın Polşa hakimiyyətinin rəsmən üzr istəməsini gözlədiyi bildirilib. Qurumdan qeyd edilib ki, Polşa tərəfi Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını kobud şəkildə pozub. Həmçinin, Rusiya XİN Varşavanın reaksiyasından asılı olaraq əlavə addımlar […]
Bərdə rayonunun bəzi kəndlərində, eləcə də şəhərin bir sıra küçələrində yerləşən elektrik transformatorları təhlükəli vəziyyətdədir. Transformatorların ətrafında mühafizə zolağının olmaması ərazidə yaşayan sakinlər üçün təhlükə mənbəyinə çevrilib. Kənd sakini Aydın Mirzəyev bildirib ki, gün ərzində bir neçə dəfə elektrik enerjisi kəsilir. “Yağış yağanda, fırtına olanda işıqların sönməsi hardasa başa düşüləndir, amma bizə bu hadisə hərgün […]