Nazirlər Kabineti “Ödənişli arxiv xidmətlərinin siyahısının və onların göstərilməsinə görə xidmət haqlarının məbləği”ni təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarda dəyişiklik ölkə prezidentinin 24 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər. Xeberal.az
Sumqayıtda istehsal müəssisələrindən birində kütləvi zəhərlənmə olub. “Report” xəbər verir ki, müəssisədə işləyən dörd qadının – Asudə Əşrəf qızı Behbudova, Nuranə Pərviz qızı Əliyeva, Gülpəri İbrahim qızı Mahmudova və Simnarə Ağabəy qızı Yarmədova dəm qazından zəhərləndikləri bildirilir. Zəhərlənənlər xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
Xaçmazda ana və oğlu döyülüb. Lent.az-ın məlumatına görə, hadisə Xaçmaz şəhərində baş verib. Şəhər sakini Aygün Abbasovanı 23 yaşlı oğlu Coşqunla birgə naməlum şəxslər döyüb. Zərərçəkmişlərə tibbi yardım göstərilib. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Xeberal.az