“Son hadisə – Ağdamda iki mülki vətəndaşın minaya düşərək həlak olması Ermənistanın himayə edilməsinin ağır fəsadlara yol açdığını göstərir”. Bu fikirləri “Report”a açıqlamasında siyasi analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, bu hadisə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terrorunun davamlı şəkil aldığını nümayiş etdirir: “Baş verənlərin məsuliyyəti tək Ermənistanın üzərinə düşmür, həmçinin bu cinayətkar […]
Qəbələnin Vəndam qəsəbəsində elektrik xətləri yararsız vəziyyətdə olduğundan 200-dən çox ailəni elektrik enerjisi ilə tam təmin edə bilmir. Sakinlər deyirlər ki, elektrik avadanlıqlarından da istifadə edə bilmirlər. Hətta işıq dirəklərinin bəzilərinin sıradan çıxması da təhlükə mənbəyidir. Qəbələ Elektrik Şəbəkəsinin mühəndisi Gümrah Aydəmirov bildirdi ki, qəsəbənin 80 faizi, yəni 2700-dən çox abonentin yaşadığı ərazidə yenidənqurma işləri […]
“BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) əhatə etdiyi ölkələrin təchizat zəncirindəki problemləri aradan qaldırması onların nəqliyyat xərclərini 30%-ə qədər azalda bilər”. ”Report” xəbər verir ki, bunu BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin Bakıda SPECA Həftəsi çərçivəsində keçirilən “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda iqtisadi forumda bildirib. […]