“Facebook” sosial şəbəkəsinin işində nasazlıq yaranıb. Oxu.Az xəbər verir ki, hazırda bir çox istifadəçi “Facebook” profilinə daxil ola bilmədiyini bildirir. Qeyd edək ki, məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Xeberal.az
Qusarda 21 yaşlı qadın xəstəxanada dünyasını dəyişib. Xezerxeber.az-ın məlumatına görə, Xaçmaz rayon Çiləgir kənd sakini, 21 yaşlı Aysel Babayeva qadın xəstəliyi ilə bağlı rayon xəstəxanasının doğum şöbəsinə müraciət edib. Həkimlər yumurtalıq hissəsində şiş olması barəsində ona məlumat verməyiblər. Oktyabrın 23-ü yenidən özünü narahat hiss edən gənc qadın yaxınlarının köməyilə Qusar Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib. […]
Haitinin Baş naziri Ariel Henri istefa verib. Artıq Haitidə keçid dövrü üçün prezident şurası yaradılıb və müvəqqəti baş nazirin təyin edilməsi prosesinə başlanılıb. Qeyd edək ki, Haitidə təhlükəsizlik və humanitar vəziyyət 2021-ci ildə Prezident Jovenel Moizə qarşı təşkil edilən sui-qəsddən sonra pisləşib. Mənbə: Reuters Xeberal.az