Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov prospektində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” markalı yük maşını ilə “VAZ-2106” markalı minik avtomobili toqquşub. Qəza zamanı minik maşınında olanlar – 2000-ci il təvəllüdlü Arif Səmədov, 2002-ci il təvəllüdlü Asif Səmədzadə və onun qardaşı, 2004-cü il […]
Futbol üzrə Argentina milli komandasının kapitanı Lionel Messi dekabrın 15-də Qətərdə Fransa ilə dünya çempionatının final oyununa hazırlıq məqsədilə keçirilən millinin məşqini buraxıb. Xorvatlarla yarımfinal oyununda hücumçunun sol diz nahiyəsində problem yaranıb. Bu zədənin futbolçunun məşqə çıxmamasına səbəb olub-olmadığı hələlik məlum deyil, amma məlumata görə, Messi finalda iştirak edə biləcək. Qeyd edək ki, hücumçu üçün […]
Şimali Koreya lideri Kim Çen In ölkənin dəniz qüvvələrini müharibəyə hazır olmağa və ölkənin dəniz suverenliyini müdafiə etməyə çağırıb. “Kim Çen In hərbi gəmiqayırma zavoduna səfəri zamanı müharibə hazırlığını gücləndirmək və dəniz suverenliyini qorumaq üçün ölkənin donanmasını gücləndirməyə çağırıb”, – deyə bildirilir. Fevralın 2-də səhər saatlarında Şimali Koreya qərb sahilindən qanadlı raketlər buraxıb. Hərbçilərin məlumatına […]