Almaniya Bundesliqasının XXII turunda “Bavariya” – “Yunion” ilə qarşılaşıb. Oxu.Az xəbər verir ki, görüş Münhendə keçirilib. Matça sürətli başlayan “Bavariya” berlinlilərin işini ilk hissədə bitirib. 31-ci dəqiqədə Erik Çupo-Motinq, 40-cı dəqiqədə Kinqsli Koman, 45+1-ci dəqiqədə isə Camal Musiala fərqlənərək komandalarına asan qələbə qazandırıblar. Bu qələbə ilə xallarının sayını 46-a çatdıran “Bavariya” turnir cədvəlində liderliyə yüksəlib. […]
Türkiyədə Azərbaycanın dəniz xüsusi təyinatlılarının iştirak etdiyi “Doğu Akdeniz-2023” beynəlxalq təlimləri bu gün başlayır. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi təlimlər Marmaris şəhərində keçiriləcək. Təlimlərə ümumilikdə 24 gəmi, 13 helikopter, 5 PUA, 20 F-16 təyyarəsi və digər texnikaların cəlb olunması planlaşdırılır. Noyabrın 25-dək davam edəcək təlimlərdə bir neçə müttəfiq dövlət iştirak edir. […]
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertinə qarşı xuliqanlıq faktı üzrə cinayət işi başlayıb. DİN Mətbuat xidmətindən verilən məlumata görə, Bərdə rayon sakini 1963-cü il təvəllüdlü Şamayıl Mustafayev heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq agentliyin həkim-ekspertini yumruqla vuraraq ona müxtəlif dərəcəli yüngül bədən xəsarətləri yetirib. İstintaq tədbirləri ilə hadisə yerinə baxış keçirilib, xəsarət […]