19 sentyabr 2022-ci il tarixində, Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı bir gün öncə Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Fransadakı […]
Çinin Böyük Britaniyadakı səfiri Çjen Szequan Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb Pekinin Tayvanla bağlı son davranışları və açıqlamaları olub. “Mən rəsmi nümayəndələrə Çin səfirini çağırmağı tapşırmışam. O, ölkəsinin hərəkətləri ilə bağlı izahat verməlidir. Biz son aylarda Pekin tərəfindən aqressiv davranışların və danışıqların getdikcə artdığını görürük. Bu da regionda sülhü və sabitliyi təhdid edir. […]
Bakıda avtomobil polis əməkdaşını vurub. “Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Hövsan qəsəbəsində avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Məmmədov Təmkin Babək oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və sol said sümüklərinin yerdəyişən sınıqları diaqnozları qoyulub. Yaralının […]