Hüquq

MTN generalının kassasiya şikayəti təmin edilməyib

Sharing is caring!

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi olmuş general-mayor Elçin Quliyev, Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin, Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyevin qanuni nümayəndəsinin kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

XəbərAl.az xəbər verir ki, Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər.

İlqar Əliyev isə saxlandığı İstintaq Təcridxanasında intihar edib. İlqar Əliyevin intihar etməsi ilə bağlı onun barəsində olan cinayət təqibinə xitam verilib.

Lakin Bakı Hərbi Məhkəməsinin hökmü ilə onun əmlaklarına həbs qoyulub.

Xatırladaq ki, E.Quliyev 2015-ci ildə həbs edilib. Məhkəmə onun rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib. E.Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.

Hökmdən narazı qalan Elçin Quliyev, Azər Mehdiyev və əmlakları mühasirə olunan İlqar Əliyevin qanuni nümayəndəsi appelyasiya şikayəti verib. Bakı Appelyasiya Məhkəməsi isə təqsirləndirilən şəxslərin appelyasiya şikayətini təmin etməyib, hökmü qüvvədə saxlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir