“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Olimpiya” (Sloveniya) ilə heç-heçə edərək Azərbaycanın UEFA reytinqindəki xallarını artırıb. Oxu.Az xəbər verir ki, 1:1 hesablı bərabərlik ölkəmizin aktivini 0,125 artırıb. Xalı 16,875-ə çatan Azərbaycan əvvəlki kimi 29-cu sırada qərarlaşıb. 28-ci pillədə 17,375 xalla Slovakiya yer alıb. Slovakiyanın Azərbaycandan fərqli olaraq avrokuboklarda iki klubu qaldığından bu mövsüm onları […]
“Biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq”. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışında bildirib. “Heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, […]
Çinin Çjençjou şəhərində “iPhone” istehsal edən “Foxconn” zavodunun işçiləri rəhbərliyin koronavirus epidemiyasından qorunmaq üçün gördüyü tədbirlərdən narazı olaraq etiraz aksiyası keçiriblər. İşçilər çubuqlarla müşahidə kameralarına və pəncərələrə zərbələr endiriblər. Çin rəsmiləri məsələ ilə bağlı hələlik heç bir şərh verməyiblər. Etiraz işçilərin COVID-19-un hazırda qapalı olan fabrik daxilində yayılması və əmək haqqının verilməməsi qorxusu ilə başlayıb. Bu gün […]