İstanbulun Bağcılar rayonunda yerləşən tikiş sexində güclü partlayış baş verib. Verilən ilkin məlumata görə, partlayışa səbəb qaz sızmasıdır. Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları göndərilib. Partlayış nəticəsində yaralıların olduğu bildirilir. Mənbə: TASS Xeberal.az
Tanınmış rəqqasə Fatimə Fətəliyeva yol-nəqliyyat hadisəsi zamanı ağır yaralanan köməkçisi Aytac Bayramzadə ilə bağlı paylaşım edib. Lent.az xəbər verir ki, o, Aytacla birgə foto paylaşaraq, ona görə çox üzüldüyünü bildirib: “Mənim əzizim, Aytacım, inan, nə dilim söz tutur, nə gözümün yaşı quruyur. Nə deyəcəyimi bilmirəm, sözlər boğazımda düyünlənir. Allah böyükdür. İnşallah sənin cavan canına qıymaz, ailənə, bizə […]
BMT-nin İnkişaf Proqramı ilə uğurlu tərəfdaşlıq çərçivəsində reallaşdırılan layihələr dayanıqlı inkişafa nail olunmasında önəm kəsb edir. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Quiros ilə görüşüb. Sahib Məmmədov ölkəmizin inkişaf hədəflərinə çatmaq üçün BMT və onun ixtisaslaşmış qurumları […]