Yaponiyada ənənəvi olaraq başa çatmaqda olan ilin simvolu seçilib. Bu münasibətlə təntənəli mərasim Kiotodakı buddist “Təmiz Su məbədi”ndə keçirilib.
Yaponiyada 2023-cü ilin rəmzi olaraq “zei” (“vergi”) simvolu seçilib. Bildirilib ki, cari ildə Yaponiyada əksər xəbərlər vergilər mövzusuna həsr olunub.
Ənənəyə əsasən, ilin simvolunu məbədin abbatı, rahib Seyhan Mori 130×150 sm ölçülü düyü kağızı vərəqinə çəkib.
Xatırladaq ki, 2022-ci ildə simvol “Ikusa” (“döyüş, müharibə”) heroqlifi olmuşdu. Təşkilatçıların fikrincə, bu seçim bir neçə səbəbdən, o cümlədən koronavirusa qarşı davam edən mübarizə, Ukraynadakı münaqişə, həmçinin yapon idmançılarının Pekində keçirilən Qış Olimpiya Oyunlarında uğurlu çıxışı ilə bağlı edilib.
İlin simvolu 1995-ci ildən müəyyən edilir. Cari mərasim ardıcıl 29-cu olub.
![](https://xeberal.az/wp-content/uploads/2023/12/yaponiyada-2023-cu-ilin-rc999mzi-olan-heroqlif-secildi-foto-video-2.jpg)
![](https://xeberal.az/wp-content/uploads/2023/12/yaponiyada-2023-cu-ilin-rc999mzi-olan-heroqlif-secildi-foto-video-3.jpg)
Mənbə: TASS
Xeberal.az