Azərbaycan millisi tarixinin 17-ci baş məşqçisi olan Canni De Byazi ilə ötən gün yollar ayrılıb.
“Report”un araşdırmasına görə, italiyalı məşqçi yığmanın “sükanı arxasında” olan altıncı əcnəbi kimi yadda qalacaq.
Növbəti baş məşqçi milli tarixinin ya 12-ci yerli, ya da yeddinci əcnəbi çalışdırıcısı olacaq.
Canni De Byazi yığmamızı ən çox meydana çıxaran ikinci mütəxəssisdir. O, yalnız almaniyalı Berti Foqtsdan geri qalır. Milli 2008-14-cü illərdə almaniyalının rəhbərliyi altında 71 qarşılaşmada iştirak edib.
Nəticə baxımından isə italiyalı faiz etibarilə milli tarixinin beşinci uğurlu məşqçisidir. Komanda onun başçılığı altında keçirdiyi 39 matçda 10 qələbə və səkkiz heç-heçəyə imza atıb. Bu, mümkün 117 xaldan 38-i deməkdir. Yəni millimiz De Byazi ilə orta hesabla hər qarşılaşmada 0,32 xal toplayıb.
Bu mənada ən uğurlu baş məşqçi Ələkbər Məmmədov olub. Düzdür, millimiz onun rəhbərliyi altında cəmi dörd görüşdə meydana çıxıb. Həmin qarşılaşmalardan üçündə qələbə qazanan futbolçular bir dəfə rəqiblə bərabərə qalıblar. Yəni Ələkbər Məmmədovun rəhbərliyi altında orta hesabla hər oyunda 0,83 xal qazanılıb.
Yer |
Məşqçi |
O |
Q |
H |
M |
T/F |
X |
Faiz |
1 |
Ələkbər Məmmədov |
4 |
3 |
1 |
0 |
9-5 |
10 |
0,83 |
2 |
Qurban Qurbanov |
12 |
4 |
5 |
3 |
14-12 |
17 |
0,47 |
3 |
Robert Prosineçki |
23 |
6 |
6 |
11 |
22-37 |
24 |
0,35 |
4 |
Şahin Diniyev |
20 |
4 |
7 |
9 |
12-36 |
19 |
0,32 |
5 |
Canni De Byazi |
39 |
10 |
8 |
21 |
34-56 |
38 |
0,32 |
6 |
Kazbek Tuayev |
13 |
3 |
3 |
7 |
8-19 |
12 |
0,31 |
7 |
Berti Foqts |
71 |
15 |
22 |
34 |
56-104 |
67 |
0,31 |
8 |
Vaqif Sadıqov |
33 |
7 |
9 |
17 |
22-48 |
30 |
0,30 |
9 |
Karlos Alberto Torres |
18 |
2 |
6 |
10 |
12-36 |
12 |
0,22 |
10 |
Əsgər Abdullayev |
13 |
1 |
4 |
8 |
8-24 |
7 |
0,18 |
11 |
İqor Ponomaryov |
15 |
2 |
2 |
11 |
8-24 |
8 |
0,18 |
12 |
Nikola Yurçeviç |
10 |
1 |
2 |
7 |
8-20 |
5 |
0,17 |
13 |
Əhməd Ələsgərov |
9 |
1 |
1 |
7 |
9-28 |
4 |
0,15 |
14 |
Qoyko Haciyevski |
3 |
0 |
1 |
2 |
1-3 |
1 |
0,11 |
15 |
Mahmud Qurbanov |
1 |
0 |
0 |
1 |
0-1 |
0 |
0 |
16 |
Nazim Süleymanov |
1 |
0 |
0 |
1 |
0-1 |
0 |
0 |
17 |
Ağasəlim Mircavadov |
9 |
0 |
0 |
9 |
3-29 |
0 |
0 |
Xeberal.az