“PAŞA Holding” Vətən müharibəsində, eləcə də ondan sonrakı dövrdə, 2022-ci ilin sentyabrında erməni təxribatları zamanı şəhid olan qəhrəmanlarımızın 18 yaşadək övladları üçün sosial dəstək proqramının icrasına başlayıb. Proqram çərçivəsində Yeni il, Novruz, Qurban, Ramazan bayramları və Zəfər Günü münasibətilə şəhid övladı olan ailələrə “PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatlarının təqdim edilməsi nəzərdə […]
Türkiyənin məşhur xalq musiqisi ifaçısı Burhan Çaçan dünyasını dəyişib. 62 yaşlı sənətçi İstanbulun Florya səmtindəki evində ürəktutmadan vəfat edib. 1981-ci ildə ilk albomunu çıxaran Burhan Çaçan “Sefa geldin”, “Ben yarime neler alayım”, “İpek mendil”, “Memik oğlan”, “Ayaz geceler”, “Yağ yağmur” və “Vurun dalgalar” adlı albomları ilə musiqi dünyasında tanınıb. Sənətçi həmçinin “Ağlama”, “Her yer karanlık”, […]
Məşhur futbolçu Devid Bekhemin xanımı, stilist və supermodel Viktoriya Bekhem imicini kardinal şəkildə dəyişib. Lent.az-ın məlumatına görə, o, uzun qəhvəyi rəngli saçlarını dibindən kəsdirərək, sarıya boyadıb. İzləyiciləri məşhur xanımı bu görünüşdə tanıya bilməyiblər. Bir çoxları Viktoriyanın saçlarını kəsdirəcəyinə inanmayıb. O isə öz sosial şəbəkə hesabında yeni obrazdakı şəklini paylaşaraq, tərəddüdlərə son qoyub.