İcbari tibbi sığortanın Xidmətlər Zərfi bu ilin avqust ayında yenilənib və tibbi xidmətlərin sayı 3 315-ə çatdırılıb. Oxu.Az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova açıqlama verib. O bildirib ki, sayı artırılan tibbi xidmətlər ixtisaslaşdırılmış ambulator, laboratoriya, invaziv radioloji və stasionar tibbi xidmətlərdir: […]
Bu gün səhər saatlarında Ukrayna ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə Moskvadakı obyektlərə hücum cəhdləri olub. Məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib. “Pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib və paytaxtın Krasnopresnenski sahilyanı ərazisinə düşüb”, – məlumatda qeyd olunur. Zərərsizləşdirilən digər PUA-nın qalıqları isə “Eksposentr” adlandırılan əraziyə düşüb. İlkin məlumata görə, zərərçəkən yoxdur. […]
Nigerdəki çevriliş edən üsyançılar Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) liderləri ilə danışıqlara hazır olduqlarını bəyan ediblər. Bu barədə üsyançıların Vətənin Müdafiəsi üzrə Milli Şurası tərəfindən baş nazir təyin edilmiş Əli Maxaman Lamin Zeyn bildirib. “Biz yaxın günlərdə ECOWAS qrupu ilə danışıqların başlanmasını nikbinliklə gözləyirik”, – deyə o qeyd edib. Avqustun 12-də bildirilmişdi ki, ECOWAS BMT […]