Özbəkistan Xarici İşlər Nazirliyi iyulun 5-də ölkənin Əfqanıstanla həmsərhəd ərazisinə 5 reaktiv mərminin düşdüyünü, lakin partlamadığını bildirib. Bu barədə qurumun “Telegram” kanalında məlumat verilib. Ehtimal olunur ki, mərmilər Əfqanıstan ərazisindən atılıb. Onlar aşkar edildikdən sonra istehkamçılar tərəfindən zərərsizləşdirilib. Qeyd olunub ki, mərmilərin yerə düşməsi zamanı heç bir partlayış baş verməyib, insan tələfatı və dağıntı olmayıb. […]
İran rejimi tərəfindən həbsə atılan Güney azərbaycanlı media bloqeri və siyasi fəal Hüseyn Rövnəqinin neçə gündür ki, vəziyyəti yaxşı deyil. “Azad İran” “Telegram” kanalı məlumat verir ki, onun müxtəlif xəstəxanalara köçürülməsi ilə bağlı fərziyyələr olsa da, hazırkı durumu və müalicə prosesi hələ də naməlum olaraq qalır. Qardaşı Həsən Rövnəqi özünün “Twitter” hesabında Hüseynin vəziyyətinin pisləşməsi […]
Sabunçu rayonunun Maştağa qəsəbəsindəki “Məmmədbağır” deyilən qəbiristanlıq baxımsız vəziyyətdədir. Burada qəbirlər suyun və qamışların altında qalıb. Həmçinin məzarlığın girişində zibillik də yaranıb. Xəzərxəbər.az xəbər verir ki, Maştağa qəsəbəsinin ən böyük məzarlıqlarından biri olan Məmmədbağır qəbiristanlığının tarixi 18-ci əsrə gedib çıxır. Sakinlər deyirlər ki, 10 ildən çox müddətdə ətrafda qamışlıq var idi, ancaq son zamanlar qəbirlərin […]