Şəmkir rayonunda yerləşən istixana sahibləri Tarif Şurasının 2017-ci il qaz israfının tariflərinin artması ilə bağlı qərarından sonra Azəriqaz İB-nə xüsusi külli miqdarda borclanıblar. Bununla əlaqədar olaraq Azəriqaz İB rayonun 150-dən çox istixanasının qaz təminatını dayandırıb. Sahibkarların Kənd Təsərrüfatı, İqtisadiyyat Nazirliyi və Azəriqaz İB rəhbərliyi ilə görüşmələrinə baxmayaraq problem hələdə həllini tapmır. Sentyabr ayının sonuna qədər qaz təminatı bərpa olunmasa sahibkarlar istixanaların fəaliyyətini dayandıracaq bu da 60 mindən çox insanın işsiz qalması və milyonlarla maddi zərər ilə nəticələnəcək. Məlum problem ilə bağlı artıq bir neçə sahibkar bizneslərini Rusiya və İrana köçürüblər. Sahibkarlar media vasitəsi ilə ölkə başçısına müraciət edərək qaz borclarının bağışlanmasını və qaz tariflərinin köhnə qiymətlər ilə hesablanmasını xahiş ediblər Qeyd edək ki, pandemiya dönəmində iqtisadi durğunluğa baxmayaraq Şəmkir sahibkarları istixanada çalışan fəhlələrin əmək haqqlarını öz şəxsi vəsaitləri hesabına ödəmiş və onları işdən azad etməmişlər.
Oxşar Xəbərlər
23 şəhər və rayonda buraxılış imtahanı keçirildi – YENİLƏNİB
Bakı şəhərinin Binəqədi, Qaradağ, Suraxanı, Yasamal rayonlarında, Gəncə (II hissə), Sumqayıt (I hissə) şəhərlərində, Abşeron (I hissə), Ağdaş, Beyləqan, Cəlilabad (I hissə), Füzuli, Göyçay (I hissə), Göygöl, Gədəbəy, Hacıqabul, Xaçmaz (I hissə), Qəbələ, Qobustan, Quba (I hissə), Masallı (I hissə), Neftçala, Oğuz, Sabirabad, Tovuz, Yardımlı, Zəngilan (Ağalı kəndi) rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi […]
Saray yolunda ölümlə nəticələnən avtomobil qəzası olub – VİDEO
Abşeron rayonunda Saray yolu deyilən ərazidə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, “Mercedes” E Klass markalı avtomibilin “Kia Sorento”nun qarşısına çıxması qəza ilə nəticələnib. Avtomobil qəzası zamanı “Mercedes”in sürücüsü həyatını itirib. Xeberal.az
Sərnişin təyyarəsi havada olanda yanacağı tükəndi: Rusiyada təhlükəli anlar – VİDEO
Rusiyada yanacağı bitmək üzrə olan sərnişin təyyarəsi son anda eniş edə bilib. Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb. Bildirilib ki, “Rossiya” aviaşirkətinə məxsus “Sukhoi Superjet 100” güclü qasırğada iki dəfə yerə eniş etmə cəhdləri baş tutmayıb və o, dövrə vurmalı olub. Üçüncü dəfə dövrə vurarkən pilotlar yanacaq tədarükünün tükənmək üzrə olduğunu anlayıblar. Ekipaj dispetçeri qəzalı yanacaq balansı […]