Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin göstərişinə əsasən Ağsuda quruculuq, abadlıq işləri davam edir. Əksər küçələri asfalt örtüyü olan Ağsu şəhərində 13 küçəyə də asfalt örtüyünün vurulması nəzərdə tutulub. Bundan əlavə səkilərin və hasar üzlərinin bərpası işləri aparılır. Ağsu Yevlax yolunda, “Bayaraq Meydanı”nda da abadlıq quruculuq işləri görülür. Bina evlərində yaşayan sakinlərin istirahətini düşünərək ərazidə parkların salınması da plana daxildir…
Oxşar Xəbərlər
Bazar günü iş günü olsun….Fazil Mustafa
Vətəndaşların ən çox hüquqlarının pozulduğu məsələ xidmət sektorunun bazar günü fəaliyyət göstərməməsi ilə bağlıdır. XəbərAl.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. F.Mustafa bildirib ki, xidmət sektorları bazar günü də fəaliyyət göstərməlidir: “Misal üçün, avtomobillərin texniki baxışdan keçirilməsi məsələsi bazar günü rəsmi qaydada həyata keçirilmir. […]
İran Rusiyadan döyüş və təlim təyyarələri, hücum helikopterləri alır
İran Rusiyadan döyüş təyyarələri, hücum helikopterləri və təlim təyyarələri alır. Bunu İran müdafiə nazirinin müavini, briqada generalı Mehdi Fərahi bildirib. Onun sözlərinə görə, Rusiya istehsalı olan “Su-35” döyüş təyyarələrinin, “Mi-28” hücum helikopterlərinin və “Yak-130” reaktiv təlim təyyarələrinin İrana çatdırılması üçün lazımi işlər tamamlanıb. Fərahi qeyd edib ki, sadalanan texnikalar yaxın vaxtlarda İran Silahlı Qüvvələrinin döyüş […]
Hindistan benzin və dizel ixracına qoyulan məhdudiyyətlərin müddətini uzadıb
Hindistan hakimiyyəti dizel və benzinin ixracına qoyulan məhdudiyyətlərin müddətini uzadıb. Bu yolla Nyu-Dehli daxili bazar üçün neft məhsullarının mövcudluğunu təmin etməyi planlaşdırır. Yeni qaydalara əsasən, ölkənin neft emalı zavodları illik benzin ixracının 50%-ni və dizel ixracının 30%-ni daxili bazara satmağı öhdələrinə götürüblər. Eyni zamanda, belə məhdudiyyətlər Hindistandakı bəzi qeyri-dövlət prosessorlarının digər ölkələrə təkrar ixrac üçün […]