Goranboyda intihar hadisəsi baş verib.
XəbərAl.az-ın verdiyi məlumata görə, rayonun Şəfəq kənd sakini, 1972-ci il təvəllüdlü Qurbanov Rövşən Ənvər oğlu tövlədə ov tüfəngi ilə özünə atəş açaraq intihar edib. Onun hansı səbəbdən canına qıydığı hələ ki, məlum deyil.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.