Cəmiyyət manset

Təcili Türkiyəyə aparılan Vahid Əhmədovla bağlı YENİ XƏBƏR

Sharing is caring!

“Vahid Əhmədovla dünən əlaqə saxlamışam. Özünü yaxşı hiss edir. Hazırda səhhəti normaldır”.

Bunu Modern.az-a deputat Vahid Əhmədovun köməkçisi Arif Orucov deyib.

Arif Orucov Vahid Əhmədovun dəqiq nə vaxt Azərbaycana qayıdacağını bilmədiyini də qeyd edib:

“Bu barədə bir söz deyə bilmərəm. Güman ki, yaxın günlərdə ölkəyə qayıdacaq”.

Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin deputatı Vahid Əhmədovun səhhəti ağırlaşıb.

Ürəyində problem yaranan deputat təcili olaraq özəl təyyarə ilə Türkiyəyə aparılıb.

Millət vəkili hələ 2 il əvvəl Türkiyədə ürəyindən əməliyyat olunmuşdu…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir