“Neftçi” futbolçusu Voyislav Stankoviçlə yollarını ayırıb.
Paytaxt klubu bununla bağlı “Twitter” hesabında paylaşım edib. Stankoviçlə müddəti başa çatan müqavilə yenilənməyib.
“Ağ-qaralar” serbiyalı mərkəz müdafiəçisinə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıblar.
Stankoviç 2019-cu ildə “Qəbələ”dən “Neftçi”yə keçib. O, komandanın heyətində Azərbaycan çempionatında 2020/21 mövsümünün qalibi olub.
👋🏻 Thanks for your services in ⚪️⚫️’s, Stanko! Good luck in your next steps! 🇷🇸#VojislavStankovic #Neftçi pic.twitter.com/bJOIzDD1zF
— Neftçi PFK (@PFC_Neftchi) July 10, 2023
Xeberal.az