Türkiyəli müğənni Melek Mossonun Türkiyədə prezident seçkiləri vaxtı sosial şəbəkə hesabında etdiyi paylaşımlar və “PowerTürk Müzik Ödülleri” mərasimindəki çıxışı başına bəla olub.
Lent.az-ın xəbərinə görə, müğənninin bu gün Kuruçeşmə isitrahət mərkəzində verəcəyi konsert ləğv edilib.
Müğənni səhnəyə çıxıb konsert verməyəcəyini elan edib. “Üzr istəyirəm. Seçki ilə bağlı dediklərimlə həddimi aşmışam. Bir-birini bu qədər sevən bir toplumun qarşı-qarşıya dayanması məni üzür. Bu gərginlik divarının üstünə bir daş da mən qoymayacam. Ona görə, konsertim ləğv olunur”,- deyə müğənni bildirib.