2021-ci ildə Hollivud ulduzu Armi Qammer seksual təcavüz və adam yemək iddiaları ilə həbs olunmuşdu.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Emmi adlı köməkçisi aktyorla bağlı şikayət ərizəsi verərək, Arminin onun qanını içdiyini, ətini kəsib yediyini və dəfələrlə təcavüz etdiyini bildirmişdi.
Los-Anceles Dairə Prokurorluğu Armi Qammerin cinayət işinə baxaraq, qərarını açıqlayıb.
Aktyor haqqında səsləndirilən ittihamlar sübut olunmadığı üçün ona bəraət verilib.