Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov xəstəxanaya yerləşdirilib.
XəbərAl.az xəbər verir ki, Sabiq rektorun yerləşdirildiyi Mərkəzi Klinik Xəstəxanadan verilən məlumatda bildirilib ki, hazırda onun vəziyyəti stabildir.
Məlumatda bildirilib ki, A.Məhərrəmov ürək çatışmazlığı ilə Klinikaya müraciət edib. Hazırda o, kardiologiya şöbəsində müalicə olunur.